- 11:16
Çinin Fujian əyalətində yerləşən ayaqqabı fabrikində baş verən yanğın nəticəsində azı 28 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.
Məlumata görə, yanğın yerli vaxtla saat 12:04-də Fujian əyalətinin Cinjiang rayonunda fəaliyyət göstərən ayaqqabı fabrikində başlayıb.
Hadisə yerinə cəlb olunan xilasedicilər və aidiyyəti qurumlar yanğın nəticəsində 28 nəfərin həlak olduğunu təsdiqləyiblər.
Çin Prezidenti Si Cinpin yaralıların xilas edilməsi və müalicəsi üçün bütün mövcud resursların səfərbər olunması, həmçinin yanğının başvermə səbəblərinin hərtərəfli araşdırılması barədə göstəriş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə