İstanbulda əməliyyat: 18 nəfər saxlanıldı


  • 11:49

Türkiyənin İstanbul şəhərində cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat zamanı 18 şübhəli saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində hüquq-mühafizə orqanları ağır soyğunçuluq, qəsdən adam öldürməyə cəhd, qəsdən xəsarət yetirmə, silahlı təhdid, ictimai təhlükəsizliyi qəsdən təhdid etmə kimi əməllərdə iştirak etdiyi ehtimal olunan şəxsləri müəyyənləşdirib.

Müəyyən edilən ünvanlara eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 18 şübhəli saxlanılıb.

Saxlanılan şəxslər istintaq tədbirlərinin davam etdirilməsi üçün polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər