- 12:28
İspaniyanın Los Gallardos şəhərində səhər saatlarında başlayan meşə yanğını nəticəsində azı 11 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğının baş verdiyi ərazidə içərisində hər birində 1 meyit olan tamamilə yanmış 3 avtomobil, həmçinin Bedar istiqamətinə gedən yolun yaxınlığında daha 8 yanmış cəsəd aşkar edilib.
Həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılıb. İxtisaslaşmış məhkəmə-tibb ekspertləri hadisə yerində araşdırma aparırlar.
Bildirilib ki, baş verən meşə yanğını insan itkisi baxımından İspaniya tarixinin ən faciəvi meşə yanğınlarından biri hesab olunur.
Meşə yanğını səbəbindən bölgədə yaşayan 1400 nəfər təxliyə edilib.
Yanğının söndürülməsi üçün 70 texnika və 200 canlı qüvvə cəlb olunub.
Humay Eminqızı