- 12:06
May ayının əvvəlindən etibarən ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Hörmüz boğazı vasitəsilə 800-dən çox ticarət gəmisi təhlükəsiz keçid edib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd olunub ki, bu müddət ərzində 380 milyon barel xam neftin daşınması da uğurla həyata keçirilib.
Qurum həmçinin İran dövlət mediasının ticarət gəmilərinin hazırda Hörmüz boğazından yalnız Tehranın təsdiqlədiyi marşrut üzrə hərəkət etməsi ilə bağlı iddialarını təkzib edib.
“İran Hörmüz boğazına nəzarət etmir”, – deyə CENTCOM-un açıqlamasında vurğulanıb.
Humay Eminqızı