- 15:28
Kosmosa səyahət edən ən yaşlı qadın kimi tarixə adını yazdıran Uolli Fank 87 yaşında vəfat edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Qreypvaynda yerləşən qocalar evindəki mənzilində ölüb.
Fankın ayağında infeksiya olduğu bildirilib.
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinın rəhbəri Jared Isaacman “X” sosial media platformasında Fankın kosmosa gedəcəyinə olan inamının heç vaxt itmədiyini bildirərək onun uçuşa olan sevgisi, əzmkarlığı və kəşf ruhunun nəsillər boyu amerikalılara ilham verməyə davam edəcəyini vurğulayıb.
Uolli Fank 20 iyul 2021-ci ildə uğurlu kosmik səyahət həyata keçirib. Fank həmin uçuşdan sonra kosmosa səfər edən ən yaşlı insan kimi tarixə düşsə də, bu rekord sonradan yeniləyənlər olub.
Humay Eminqızı