Ukraynada yeni əskinaslar dövriyyəyə buraxılacaq


  • 15:08

Ukrayna Milli Bankı 2 000 qrivna nominalında yeni əskinasları dövriyyəyə buraxacağını açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, buna qədər Ukraynada dövriyyədə olan ən yüksək nominallı əskinas 2019-cu ildə istifadəyə verilmiş 1 000 qrivnalıq əskinas idi.

Yeni 2 000 qrivnalıq əskinas sentyabrın 4-dən dövriyyəyə buraxılacaq.

Əskinasda ukraynalı şair və dissident Vasil Stus təsvir olunub.

Əskinas 20 müasir təhlükəsizlik elementi ilə təchiz olunub.

Humay Eminqızı

Oxşar xəbərlər