- 15:08
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 625 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutka ərzində virus səbəbindən 25 nəfər ölüb.
Hazırda 1 792 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Xəstəxanalarda və karantin məntəqələrində 764 nəfər müalicə alır.
Humay Eminqızı