- 17:03
İspaniyanın Pamplona şəhərində keçirilən məşhur San Fermin Festivalı çərçivəsində təşkil olunan ənənəvi öküz qaçışı zamanı 5 nəfər xəsarət alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hər il 6-14 iyul tarixlərində keçirilən və dünyanın müxtəlif ölkələrindən minlərlə turistin qatıldığı festivalın ən diqqətçəkən mərasimi "encierro" - öküzlərin dar şəhər küçələri ilə arenaya sürüldüyü ənənəvi qaçışdır.
Festivalın ilk günündə ağ geyim və qırmızı yaylıq taxan minlərlə yerli sakin və turist öküzlərin önündə qaçaraq həyəcan dolu anlar yaşayıb.
Bugünkü qaçış zamanı 5 nəfər yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, XVI əsrə qədər uzanan tarixə malik bu ənənə hər il böyük maraq doğursa da, ciddi xəsarətlər və nadir hallarda ölümlə nəticələnən hadisələrlə də gündəmə gəlir. Rəsmi məlumatlara görə, tarix boyu San Fermin Festivalı çərçivəsində keçirilən öküz qaçışlarında 16 nəfər həyatını itirib.
Şəbnəm Mehdizadə