İkinci əl şkafın içərisindən sərvət tapıldı


  • 16:38

İkinci əl mağazasından aldıqları köhnə şkafı təmizləyən bir ailə gözlənilməz tapıntı ilə qarşılaşıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ailə evləri üçün aldıqları köhnə şkafı bərpa edərkən gizlədilmiş xüsusi bir bölmə aşkar edib.

Şkafın gizli bölməsində 600 dollar nağd pul və nadir qızıl sikkə aşkar olunub.

Kolleksiyaçılar bildirirlər ki, xüsusilə yaxşı vəziyyətdə qorunub saxlanılan 1950-ci illərə aid əskinaslar nominal dəyərindən xeyli yüksək kolleksiya qiymətinə malik ola bilər.

İqtisadçılar isə tapıntının alıcılıq qabiliyyətinə diqqət çəkiblər. Hesablamalara görə, 1960-cı illərdə 600 dolların alıcılıq gücü bugünkü məzənnə və inflyasiya nəzərə alındıqda təxminən 6 min ABŞ dollarına bərabərdir.

Şəbnəmm Mehdizadə

Oxşar xəbərlər