- 17:03
Avropa İttifaqının ( Aİ) 27 üzv ölkəsinin ümumi əhalisi 2026-cı ilin əvvəlində 452 milyona çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı 1 yanvar 2026-cı il tarixinə olan məlumatlara görə, Aİ əhalisi əvvəlki illə müqayisədə 706 min nəfər artaraq 452 milyona yüksəlib.
Bununla da, 2021-ci ildə COVID-19 pandemiyası dövründə qeydə alınan azalmadan sonra Aİ əhalisi ardıcıl beşinci ildir artım göstərir. Son 10 ildə Aİ əhalisi 8 milyon, son 20 ildə isə 16 milyon nəfər artıb.
Statistikaya əsasən, Aİ-də ən çox əhaliyə malik ölkə 83,5 milyon nəfərlə Almaniyadır. Sonrakı yerlərdə 69,1 milyon əhali ilə Fransa, 58,9 milyonla İtaliya, 49,6 milyonla İspaniya və 36,3 milyon nəfərlə Polşa qərarlaşıb.
Məlumata görə, 2012-ci ildən etibarən Aİ-də doğum sayının ölüm hallarından az olması səbəbindən təbii əhali azalması müşahidə olunur. Lakin bu azalma xalis miqrasiya hesabına kompensasiya edilir.
Şəbnəm Mehdizadə