- 19:17
Ermənistanın Tavuş rayonunda 19 yaşlı hərbçinin meyiti çaydan tapılıb.
E-huquq.az xəbər verir ki, Erik A. adlı hərbçinin meyiti Getaovit kəndi yaxınlığından keçən Xaçahpyur çayında aşkarlanıb.
İlkin məlumata əsasən, o, ehtiyatsızlıq nəticəsində çaya yıxılıb və bu zaman başı daşa çırpılıb.
Faktla bağlı araşdırma aparılır.