İranın neft emalı zavodunda yanğın söndürüldü


  • 08:56

İran mediasının yaydığı son məlumata görə, Lorestan əyalətinin Pol-Doxtar bölgəsindəki "Oxin Palayesh" neft emalı zavodunda baş verən güclü yanğın lokallaşdırılaraq söndürülüb.

E-huquq.az xəbər verir ki, Alovun zavodun əsas infrastrukturu və neft çənlərinə keçməsinin qarşısı alınıb.

"Yanğın yalnız tullantı yağlarının saxlanıldığı sahə ilə məhdudlaşıb", - məlumatda bildirilib.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, lakin zavoda ciddi maddi ziyan dəyib. İlkin ehtimallara görə, yanğına xammal sahəsindəki ehtiyatsızlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər