Çində daşqın təhlükəsi səbəbindən 171 mindən çox sakini təxliyə edib


  • 09:33

Çinin şimal-şərqində yerləşən Liaonin əyalətinə yağan güclü yağışlar və daşqın təhlükəsi səbəbindən 171 mindən çox sakini təxliyə edib.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, təhlükəli ərazilərdən əhalinin köçürülməsi davam edir.

Ayrı-ayrı bölgələrdə yağıntının saatlıq intensivliyi 74,4 millimetrə çatıb. Bəzi ərazilərdə isə təxminən 12 saat ərzində 186 millimetrə yaxın yağıntı düşüb.

Liaonin və qonşu Tszilin əyalətlərində gözlənilən daşqınlarla əlaqədar ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edib.

Meteoroloqlar bildirirlər ki, əyalətin iri çaylarının bir çoxunda suyun səviyyəsi və axın həcmi kəskin şəkildə artıb.

Humay Eminqızı

Oxşar xəbərlər