Aİ 21-ci sanksiyalar paketi üzrə razılıq əldə edə bilməyib


  • 10:27

Avropa İttifaqı (Aİ) səfirləri Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşünə qədər 21-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat yayıb.

"21-ci sanksiyalar paketi üzərində iş hələ başa çatmayıb", - deyə Kallas bildirib.

“Nazirlər ümid edirlər ki, qara siyahıya 250 nəfər daxil ediləcək. Bunlar müxtəlif sahələrdə çalışan fərqli insanlardır", - deyə o əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər