- 11:00
Taylandın paytaxtı Banqkokdakı gecə klubunda güclü yanğın baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın yerli vaxtla 00:00 radələrində qeydə alınıb.
Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər məkanakı insanları təxliyyə edib.
Taylandın Baş nazirinin müavini Anutin Çarnvirakul hadisə yerində mətbuata açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, yanğında 27 nəfər həyatını itirib, çoxsaylı yaralılar isə xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.
Humay Eminqızı