Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 4 490 nəfərə çatıb


  • 11:00

Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində ölənlərn sayı 4 490 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 16 740 nəfərə çatıb.

Zəlzələlərdən sonra 120 794 ailəyə humanitar yardım çatdırılıb.

Rodriges bildirdi ki, evlərini itirmiş vətəndaşlar üçün 108 müvəqqəti sığınacaqlar yaradılıb.

Venesuela hökuməti fəlakətdən sonra mənzil ehtiyacını dəqiq müəyyənləşdirmək məqsədilə biometrik əhali siyahıyaalınması işlərinə başlanıldığını açıqlayıb. İlkin qiymətləndirmələrə əsasən, təxminən 25 min yeni yaşayış evinin tikilməsinə ehtiyac yarana biləcəyini proqnozlaşdırır.

Humay Eminqızı

Oxşar xəbərlər