- 12:54
Danimarka hakimiyyəti Ukraynanın enerji sistemlərinin bərpası üçün 80 milyon Danimarka kronu (təxminən 12 milyon dollar) ayıracaq.
E-huquq.az xəbər verir ki, bu barədə xarici işlər naziri Lars Lökke Rasmussen məlumat yayıb.
"Ukrayna Enerji Dəstək Fonduna əlavə 80 milyon kron ianə etməklə biz vacib enerji infrastrukturunun bərpasına və qarşıdan gələn qışa hazırlaşmağa kömək edirik", - nazir bildirib.
Humay Eminqızı