İran ABŞ ilə olan memorandumu heç vaxt pozmadığını bəyan edib


  • 12:46

İran İslam Respublikası ABŞ ilə imzalanmış memorandumu heç vaxt pozmayıb. Onun icra olunmamasına görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür.

E-huquq.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, İran heç vaxt üzərinə götürdüyü öhdəlikləri pozan tərəf olmayıb. Razılaşmaları davamlı şəkildə pozan tərəf isə ABŞ olub: “Biz qürurla bəyan edirik ki, İran İslam Respublikası bütün danışıqlarda son dərəcə dəqiq və ciddi mövqe nümayiş etdirib”.

Bəqai qeyd edib ki, ABŞ əldə edilən bütün razılaşmalara əməl etməyə qayıdana qədər İran qarşılıqlı əsasda memorandum üzrə öhdəliklərini yerinə yetirməyi dayandıracaq.

Humay Eminqızı

Oxşar xəbərlər