MİT-dən İŞİD-ə qarşı əməliyyat: Talip Gülər Türkiyəyə gətirildi


  • 14:15

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD terror təşkilatına qarşı keçirdiyi sərhəddənkənar əməliyyat nəticəsində təşkilatın "Faruk Ofisi" kimi tanınan Türkiyə şəbəkəsində fəaliyyət göstərən və barəsində "sarı bülleten"lə axtarış elan edilmiş Abdüsselam Türki kod adlı Talip Güləri saxlayaraq Türkiyəyə gətirib.

E-huquq.az Türkiyə mətbuatna istinadən xəbər verir ki, araşdırmalar zamanı Talip Gülərin 2014-cü ilin yanvar ayında qeyri-qanuni yollarla Suriyaya keçdiyi müəyyən olunub. Bildirilib ki, o, Suriyadakı fəaliyyətini başda qardaşı Kasım Gülər olmaqla, İŞİD-in digər rəhbər şəxsləri ilə əlaqəli şəkildə davam etdirib.

MİT Kasım Gülərin saxlanılaraq Türkiyəyə gətirilməsindən sonra Talip Gülərin də müəyyən edilərək yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirib. Fəaliyyəti mərhələli şəkildə izlənilən Talip Gülər keçirilən əməliyyat nəticəsində saxlanılıb və münaqişə zonasından Türkiyəyə gətirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər