- 15:32
Polşa yaxın illərdə ABŞ istehsalı silah və hərbi texnikasının alınmasına azı 150 milyard dollar xərcləməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirinin müavini Tsezari Tomçik məlumat yayıb.
“Bu günə qədər Polşa ABŞ istehsalı olan texnikanın alınmasına və müxtəlif xidmət obyektlərinin yaradılmasına təxminən 65 milyard dollar xərcləyib. Yaxın illərdə isə təxminən 150 milyard dollar xərcləməyi planlaşdırırıq”, - Tomçik bildirib.
ABŞ Polşanın müdafiə sahəsində əsas tərəfdaşıdır. Varşava amerikalı tərəfdaşlardan “F-35” qırıcıları, “Apache” helikopterləri, “Patriot” sistemləri və “Abrams” tankları alır.
Humay Eminqızı