Aİ Sudandan qızıl idxalını qadağan etdi


  • 15:21

Avropa İttifaqı (Aİ) Sudandan qızıl tədarükünə, həmçinin qızıl hasilatında istifadə olunan civə və sianidin ölkəyə ixracına tam qadağa qoyub.

E-huquq.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında qeyd olunub.

Bildirilib ki, sanksiya tədbirlərinə humanitar məqsədlər və ya səhiyyə ehtiyacları üçün civə və sianidin Sudana gətirilməsi daxil edilmir.

Aİ ümid edir ki, bu tədbirlər Sudandakı münaqişənin maliyyələşdirilməsinin azalmasına gətirib çıxara bilər.

Humay Eminqızı

Oxşar xəbərlər