- 16:46
Avropa İttifaqı (Aİ) Moldovaya hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün Avropa Sülh Fondundan 120 milyon avro ayırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Aİ Şura bu gün Moldova Silahlı Qüvvələrinə dəstək məqsədilə ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün Avropa Sülh Fondundan 120 milyon avro ayrılmasını təsdiqləyib. Bu vəsait orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasını maliyyələşdirməyə imkan verəcək”, - sənəddə qeyd olunur.
Humay Eminqızı