İngiltərədə isti hava 2700-dən çox insanın ölümünə səbəb olub


  • 16:43

İngiltərə və Uelsdə may və iyun aylarında müşahidə olunan güclü isti hava dalğalarının 2700-dən çox insanın həyatına son qoyduğu təxmin edilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, may ayında həddindən artıq yüksək temperaturla əlaqələndirilən təxminən 550 ölüm qeydə alınıb. Həmin dövrdə ölkədə temperatur 35,1 dərəcə Selsiyə çataraq ay üzrə rekord göstərici müəyyənləşdirib.

İyun ayının ikinci yarısında qeydə alınan isti hava dalğası isə daha ağır nəticələrə səbəb olub. İlkin hesablamalara əsasən, bu müddətdə təxminən 2200 nəfər həyatını itirib. İsti hava fonunda Meteorologiya İdarəsi yüksək temperaturun insan sağlamlığı üçün yaratdığı risklərlə bağlı ən azı üç dəfə ən yüksək - qırmızı səviyyəli xəbərdarlıq elan edib.

Beləliklə, may və iyun aylarında İngiltərə və Uelsdə isti hava dalğaları nəticəsində ölənlərin ümumi sayının 2700-ü keçdiyi bildirilir.

Qeyd edək ki, 2026-cı ilin iyun ayı İngiltərədə müşahidələrin aparıldığı dövr ərzində ən isti iyun ayı kimi tarixə düşüb. Bəzi bölgələrdə havanın temperaturu 36 dərəcə Selsini ötüb.

İyun ayında Qərbi Avropanı əhatə edən güclü isti hava dalğası digər ölkələrdə də ciddi itkilərə səbəb olub. Məlumatlara görə, Almaniyada təxminən 5500, Fransada 2000, Belçikada isə 1200 ölüm halı yüksək temperaturla əlaqələndirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər