Tramp: “ABŞ Hörmüz boğazını nəzarətə götürür”


  • 16:46

ABŞ İrana qarşı yeni tədbir çərçivəsində Hörmüz boğazını öz nəzarəti altına götürür.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Tramp bildirib ki, indiyə qədər Hörmüz boğazını sadecə qoruyublar. Amma indi bunun müqabilində ödəniş alacaqlar.

“İnsanlarımızı təhlükəyə atdığımız üçün kompensasiya istəyirik”, - Tramp deyib.

O əlavə edib ki, ABŞ və İran iyulun 12-də danışıqlar aparıb və müəyyən razılıqlar əldə ediblər. Tehran sazişə dəyişikliklər edilməsini tələb etdiyindən danışıqlar nəticəsiz qalıb.

Humay Eminqızı

Oxşar xəbərlər