Fransanın 37 əyalətində qırmızı hava xəbərdarlığı elan edilib


  • 17:01

Fransada yeni isti hava dalğası ilə əlaqədar 37 əyalətdə qırmızı təhlükə xəbərdarlığı elan olunub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sinoptiklər yaxın günlərdə bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar.

Ölkədə son iki-üç gündə temperaturun nisbətən aşağı düşməsinə baxmayaraq, iyun ayında müşahidə olunan rekord istilərin təsirləri davam edir. Məlumatlara görə, son həftələrdə yüksək temperaturla əlaqələndirilən 2 mindən çox ölüm halı qeydə alınıb.

İsti hava şəraiti ölkənin müxtəlif bölgələrində meşə yanğınlarının da baş verməsinə səbəb olub. Fransa hökumətinin sözçüsü Mod Bregeon bildirib ki, Sena və Marn əyalətinin Fontenblo şəhəri yaxınlığında başlayan meşə yanğını hələ də nəzarət altına alınmayıb.

Onun sözlərinə görə, güclü küləyin təsiri ilə geniş əraziyə yayılan yanğın nəticəsində təxminən 1000 hektar meşə sahəsi zərər görüb.

Bregeon əlavə edib ki, yanğın səbəbindən Sena və Marn əyalətinin Vodu şəhərində 1000-dən çox sakin təxliyə edilib. Həmçinin ölkənin cənub-şərq istiqamətində fəaliyyət göstərən yüksək sürətli qatarların hərəkətində fasilələr yaranıb.

Fransanın milli meteorologiya xidməti ölkənin əsasən qərb və mərkəzi hissələrində yerləşən 37 əyalət üçün qırmızı səviyyəli hava xəbərdarlığı elan edib. Qurum vətəndaşları yüksək temperatur fonunda zəruri ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər