Rusiya gecə boyu Ukraynaya zərbələr endirib


  • 09:26

Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynaya zərbələr endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Havadan və qurudan uzaqmənzilli yüksək dəqiqlikli silahlar, eləcə də pilotsuz uçuş aparatları ilə qrup halında zərbələr endirilib.

Nəticədə Kiyev şəhərində müxtəlif tipli raketlərin və pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalında iştirak edən hərbi sənaye müəssisələri, həmçinin Odessa vilayətinin Cənub (Yujnı) limanında Ukrayna Silahlı Qüvvələrinin yanacaq və sürtkü materiallarının boşaldılması və saxlanılması üçün istifadə olunan liman infrastrukturu vurulub.

Humay Eminqızı

Oxşar xəbərlər