- 11:38
Fransanın paytaxtı Parisdən təxminən 70 kilometr cənubda meşə yanğını 1,9 min hektara yaxın ərazini əhatə edib.
E-huquq.az xəbər verir ki, bu barədə Sena və Marn departamentinin Yanğınsöndürmə Xidmətinin rəsmi nümayəndəsi Pol-Eduar Loren məlumat yayıb.
Onun sözlərinə görə, əsas yanğın 1600 hektar ərazini əhatə edib, bazar ertəsi günortadan sonra Fontenblo yaxınlığında başlayan ikinci yanğının sahəsi isə 320 hektara çatıb.
Gün ərzində yanğının daha da genişlənə biləcəyini bildirib.
Alovla mübarizəyə 850 yanğınsöndürən, 4 təyyarə cəlb olunub.
Məlumata görə, yanğının yayılmasına əlverişsiz hava şəraiti səbəb olur. Fransanın Milli Meteorologiya Xidmətinin iyulun 14-nə olan proqnozuna əsasən, anomal istilər davam edəcək və havanın temperaturu 36-38 dərəcə selsi təşkil edəcək.
Humay Eminqızı