Məzmuna keç

Taylandda gecə klubunda baş verən yanğında həlak olanların sayı 30 nəfərə çatıb

Taylandın paytaxtı Banqkokdakı gecə klubunda baş verən yanğında həlak olanların sayı 30 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 70 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 24-nün vəziyyəti ağırdır.

Polisin yaydığı məlumata əsasən, həyatını itirənlərin əksəriyyətinin meyiti alovdan xilas olmaq üçün sığındıqları pəncərəsiz tualetlərdə aşkarlanıb.

Yanğının səbəbi ilə bağlı araşdırma davam edir.

Humay Eminqızı