Kamçatkada vulkan püskürdü


  • 13:26

Rusiyanın Kamçatka yarımadasında “Şiveluç” vulkanı püskürüb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

Püskürmə zamanı vulkan külü kraterdən 10 500 metrədək yüksəkliyə qalxıb.

Aviasiya üçün "qırmızı" təhlükə kodu elan edilib.

Kül buludu şərq və cənub-şərq istiqamətində – Kamçatka körfəzinə doğru yayıldı. Ust-Kamçatsk qəsəbəsi və Krutobereqovo kəndi kül buludunun hərəkət trayektoriyası üzərində yerləşdiyindən cüzi kül yağması ehtimalı yaranıb.

Humay Eminqızı

Oxşar xəbərlər