- 13:26
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 715 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 7 idarə olunan aviabomba da məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 181 166 pilotsuz uçuş aparatı (PUA), 66 445 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 758 səhra artilleriya qurğusu və minaatan, 30 152 ədəd tank və digər zirehli döyüş texnikası, 1 757 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 665 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı