ÜST: Konqoda Ebola virusuna yoluxma faktlarının sayı rəsmi göstəricilərdən dörd dəfəyədək çox ola bilər


  • 15:58

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma faktlarının sayı rəsmi göstəricilərdən dörd dəfəyədək çox ola bilər.

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Çikve İhekveazu məlumat verib.

Rəsmi məlumatlara əsasən, ölkədə təxminən 2 min nəfər virusa yoluxub, 700-dən çox insan isə həyatını itirib.

"Riyazi modellərimizin nəticələrinə əsaslanaraq hesab edirik ki, virusun real miqyası qeydə aldığımız yoluxma faktlarının sayından ən azı iki-dörd dəfə çoxdur. Hər gün yoluxma faktlarını aşkar etmək imkanlarımız genişlənir və təkmilləşir. Buna görə də bu rəqəmlərin etibarlılığı da gündən-günə artır", - direktor Cenevrədə keçirilən brifinqdə dedi.

ÜST eksperti bildirib ki, yeni yoluxma hallarının təxminən 80 faizi xəstələrlə təmasda olmuş şəxslərin siyahısından kənarda aşkarlanır. Bu isə infeksiyanın naməlum yoluxma zəncirləri ilə yayıldığını göstərir.

Bundan əlavə, bir çox xəstə tibb müəssisələrinə çatdırılmadan evdə həyatını itirir.

Humay Eminqızı

Oxşar xəbərlər