İspaniyada ənənəvi öküz qaçışı zamanı 70-dən çox insan xəsarət alıb


  • 16:26

İspaniyada insanların öküzlərlə birlikdə küçələrdə qaçması ilə tanınan “San Fermin” festivalında ümumilikdə 70-dən çox insan xəsarət alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, festival çərçivəsində bu gün səkkizinci və sonuncu qaçış baş tutub. Bu tədbirdə həmin günün axşamı arenada matadorlarla qarşılaşacaq öküzlər şəhər mərkəzindəki 875 metrlik marşrut boyunca qaçırılır.

Məlumata görə, xəsarət alanların 67-si xəstəxanalara yerləşdirilib. Xəsarətlərin səkkizi öküz buynuzları nəticəsində, digərləri isə yıxılma ilə bağlı travmalar səbəbindən yaranıb.

İspaniyada tarixi 14-cü əsrə gedib çıxan “San Fermin” festivalında 1910-cu ildən indiyədək, sonuncu ölüm faktı 2009-cu ildə qeydə alınıb. Belə ki, 16 nəfər öküz buynuzunun zərbəsi nəticəsində həyatını itirib.

Festivalla bağlı təhlükəsizlik tədbirlərini son illərdə gücləndirən Pamplona Şəhər Şurası bu il cərimələrin məbləğini 60 000 avroya qədər artırıb.

Adətən 200 min nəfər əhalisi olan Pamplonada festival günlərində insanların sayı 1,8 milyonu ötür.

Humay Eminqızı

Oxşar xəbərlər