“Spotify”da problem yaşanıb


  • 17:01

“Spotify” musiqi platformasının istifadəçiləri xidmətdə nasazlıq yarandığını bildiriblər.

E-huquq.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” portalının məlumatlarında qeyd olunub.

Məlumata görə, istifadəçilərin 42 faizi tətbiqin işindən şikayət edib, 26 faizi audio yayımında problemlərlə üzləşib, daha 21 faizi isə saytın fəaliyyətində fasilələrin olduğunu bildirib.

ABŞ-də 8600-dən çox istifadəçi, Böyük Britaniyada 3400 istifadəçi, Almaniyada 1200 istifadəçi və Niderlandda 1300 istifadəçi xidmətdə problemlər barədə məlumat verib.

Humay Eminqızı

Oxşar xəbərlər