Yaponiyada 4500 nəfər isti hava səbəbindən xəstəxanaya yerləşdirilib


  • 17:12

Yaponiyada ötən həftə ərzində 44 580 nəfər gün vurması səbəbindən xəstəxanaya yerləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilən 7 nəfər həyatını itirib.

Qeyd edək ki, may ayının əvvəlindən etibarən bu səbəbdən ümumilikdə 13 mindən çox insan xəstəxanaya yerləşdirilib, 12 nəfər isə dünyasını dəyişib.

Yaponiyada ən isti hava adətən iyul və avqust aylarına təsadüf edir. İyulun 14-də Koçi prefekturasında termometrlər 38,4 dərəcə Selsiyə, Tokionun yaxınlığında yerləşən Qumma prefekturasında isə 37 dərəcə Selsiyə qədər yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər