Kamçatka sahilləri yaxınlığında 2 zəlzələ qeydə alınıb


  • 09:00

Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı 2 zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Təkanlar 6 dəqiqə fasilə ilə baş verib.

6,0 maqnitudalı zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 210 kilometr məsafədə, 64,6 kilometr dərinlikdə qeydə alınıb.

5,7 maqnitudalı ikinci zəlzələ isə şəhərdən 206 kilometr aralıda, 72 kilometr dərinlikdə qeydə alınıb.

Humay Eminqızı

Oxşar xəbərlər