- 09:16
Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukrayna Silahlı Qüvvələri üçün yüklərin daşınmasında istifadə olunan Ukrayna limanlarına zərbələri davam etdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya Odessa və Çornomorsk limanlarında Ukrayna ordusu üçün yanacaq-sürtkü materiallarının boşaldılması məqsədilə istifadə olunan liman infrastrukturunu, eləcə də pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və yığılması həyata keçirilən sexləri vurub.
"Çornomorsk və Dnepr-Buq limanlarında Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə yük daşıyan dörd gəmi məhv edilib", - nazirliyin açıqlamasında deyilir.
Humay Eminqızı