- 11:33
Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində ölənlərn sayı 4 734 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 16 740 nəfərə çatıb.
Fəlakət nəticəsində 17 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları nəticəsində 6 462 nəfər xilas edilib.
107 müvəqqəti düşərgədə 20 903 nəfər yerləşdirilib və zərərçəkənlərə 10 063 ton ərzaq çatdırılıb.
Humay Eminqızı