- 11:58
Rusiyanın Tümen vilayətində Yuqradakı neft müəssisələrindən birində terror aktının qarşısı alınıb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Terror hadisəsini törətməyə çalışan şəxsin Rusiya vətəndaşı olduğu məlum olub.
Məlumata görə, şübhəli Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən əldəqayırma partlayıcı qurğunu götürərək Xantı-Mansi Muxtar Dairəsi – Yuqranın Nyaqan şəhərində yerləşən neft sənayesi müəssisələrindən birində diversiya-terror aktı törətməyi planlaşdırıb.
Ona qarşı partlayıcı maddələrin qanunsuz dövriyyəsi və terror aktına hazırlıq maddələri ilə cinayət işi açıb.
Humay Eminqızı