Avropa Komissiyası ABŞ ilə tarif razılaşmasının detallarını açıqlayıb


  • 13:08

“Euractiv”: Aİ ABŞ-dan şərab, pendir, robotlar və tibbi avadanlıqlara tətbiq olunan rüsumları ləğv etməyi xahiş edir

Avropa Komissiyası (AK) ikitərəfli razılaşma çərçivəsində ABŞ-nin tətbiq etdiyi 15 faizlik idxal rüsumlarından azad ediləcək Avropa mallarının siyahısını hazırlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.

AK bildirir ki, Avropa İttifaqı (Aİ) tarif razılaşması üzrə üzərinə düşən öhdəlikləri artıq yerinə yetirib. Belə ki, iyulun 1-dən etibarən ABŞ-nin yüzlərlə növ sənaye və kənd təsərrüfatı məhsuluna tətbiq olunan rüsumlar ləğv edilib.

AK tərəfindən təklif olunan siyahı ümumilikdə 150 milyard avro dəyərində Avropa ixracatını əhatə edir.

Siyahıya alkoqollu içkilər (şərab, viski, cin, rom, araq və likörlər), eləcə də qida məhsulları, xüsusilə Rokfor və Pekorino pendirləri daxildir.

Digər məhsullar arasında zeytun yağı və zeytun, həmçinin makaron məmulatları və göbələklər də yer alır.

Bundan əlavə, Brüssel sənaye robotları, kənd təsərrüfatı texnikası və tibbi avadanlıqların 15 faizlik rüsumdan azad edilməsinə nail olmağa çalışır.

Humay Eminqızı

Oxşar xəbərlər