- 13:47
Taylandın paytaxtı Banqkokdakı gecə klubunda baş verən yanğında həlak olanların sayı 32 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Məlumata görə, 27 nəfər hadisə yerində həyatını itirib, 5 nəfər isə həkimlərin səylərinə baxmayaraq xəstəxanalarda dünyasını dəyişib.
Həyatını itirənlərin şəxsiyyəti müəyyən edilib.
Hazırda hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.
Hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini araşdırır və faciənin səbəblərini müəyyən etmək üçün sağ qalan şəxsləri dindirməyə davam edir.
Humay Eminqızı