- 16:28
ABŞ Silahlı Qüvvələri İrandakı hərbi obyektlərə növbəti zərbələr seriyasını başa çatdırıb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
90 dəqiqə davam edən əməliyyat zamanı Böyük Tomb adasında yerləşən sahil mühafizə sistemlərinə, eləcə də qanadlı raketlərin saxlanıldığı anbarlara və buraxılış qurğularına zərbələr endirib.
Bildirilib ki, bu əməliyyat İranın Hörmüz boğazında ticarət gəmilərinə zərbə endirmək imkanlarını daha da zəiflədib.
***
ABŞ ordusu növbəti dəfə İran İslam Respublikasının ərazisinə zərbələr endirməyə başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu zərbələrin məqsədi Hörmüz boğazında ticarət gəmilərinə hücumlarda istifadə olunan İran qüvvələrinin hərbi potensialını daha da zəiflətməkdir”, - məlumatda deyilir.
Humay Eminqızı