Rusiya sutka ərzində Ukraynaya məxsus 558 PUA vurub


  • 15:45

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 558 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 8 idarə olunan aviabomba da məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 181 724 pilotsuz uçuş aparatı (PUA), 66 525 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 769 səhra artilleriya qurğusu və minaatan, 30 163 ədəd tank və digər zirehli döyüş texnikası, 1 758 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 666 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər