Tramp: “Rusiya münaqişənin həlli ilə bağlı tezliklə sülh sazişi bağlamağa hazırdır”


  • 16:20

Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı tezliklə sülh sazişi bağlamağa hazırdır.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“Düşünürəm ki, o (Rusiya Prezidenti Vladimir Putin - red.) razılaşma əldə etməyə hazırdır”, - Ağ Evin rəhbəri Ukraynadakı münaqişədən danışarkən "Fox News" telekanalına müsahibəsində bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya Ukraynada qarşıya qoyduğu məqsədlərə sülh yolu ilə, diplomatik danışıqlar vasitəsilə nail olmağa açıq olaraq qalır. Lakin Kiyevin belə bir istəyi olmadığı üçün bunun mümkün olmadığı şəraitdə Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir.

Humay Eminqızı

Oxşar xəbərlər