- 16:28
Almaniyanın cənub bölgələrində təsirli olan güclü yağış və fırtına daşqınlara və ağacların aşmasına səbəb olub.
E-huquq.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Baden-Vürttemberq əyalətinin Reutlingen şəhəri və ətrafında bu səhər təsirli olan güclü yağış və dolu səbəbindən küçələri su basıb. Reutlingen şəhərinin bəzi hissələrində bir müddət elektrik enerjisinin verilişində fasilə yaranıb.
Bavariya əyalətinin Nürnberq şəhəri və ətrafında isə dünən axşam təsirli olan fırtına və güclü yağış daşqınlara və ağacların aşmasına səbəb olub.
Məlumata görə, 5 saat ərzində təcili çağrı mərkəzinə təxminən 3 min fövqəladə vəziyyət ilə bağlı müraciəti daxil olub.
Təbii fəlakət nəticəsində çox sayda insanın yaralandığı bildirilib.
Nürnberq Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Almaniya Meteorologiya Xidməti ölkənin cənub bölgələri üçün bu gün günortadan sonra bəzi yerlərdə güclü yağış və fırtına xəbərdarlığı verib.
Humay Eminqızı