- 17:57
Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyevə silah tədarükünü dayandırmaq lazımdır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Silah tədarükü Ukrayna məsələsinin nizamlanmasına maneələrdən biridir.
“Əgər ATƏT-in üzvü olan Qərb dövlətləri öz vergi ödəyicilərinin resurslarını tükəndirən qarşıdurmaya həqiqətən son qoymaq istəyirlərsə, sadəcə olaraq Kiyev rejiminə silah dəstəyini dayandırmalıdırlar”, - Zaxarova deyib.
Humay Eminqızı