- 00:26
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ballistik raketlərdən müdafiə imkanlarının artırılması üçün üç istiqamətdə fəaliyyət göstərdiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə o, “Ukrayna – Cənub-Şərqi Avropa” sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Prezidentin sözlərinə görə, birinci istiqamət Patriot zenit-raket kompleksləri və onlar üçün raketlərin alınmasıdır.
O qeyd edib ki, bu, həm PURL proqramı, həm də Avropa ölkələri ilə ikitərəfli razılaşmalar çərçivəsində həyata keçirilir.
Zelenski əlavə edib ki, Ukrayna Avropa tərəfdaşları ilə əlavə müdafiə imkanlarının əldə olunması istiqamətində də danışıqları davam etdirir.