- 10:18
Türkiyənin Amasiya vilayətinin Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Sarıköy ərazisində qeydə alınıb. İlkin məlumata görə, ikimərtəbəli sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Yaralanan 46 nəfər təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Amasiya valisi Öndər Bakan bildirib ki, qəza zamanı avtobusda 75 sərnişin və 5 nəfərdən ibarət heyət üzvü olub.
Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə