- 10:44
Türkiyənin Muş vilayətinin Bulanık rayonunda traktor qoşqusunun aşması nəticəsində 1 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, piknikə gedən şəxsləri daşıyan traktor qoşqusu naməlum səbəbdən aşıb.
Qəza zamanı, əksəriyyəti uşaqlar olmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb.
Yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Bulanık rayon valisi Ömər Övünç Koşansu xəstəxanaya gələrək yaralıları ziyarət edib, onların vəziyyəti ilə maraqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə