- 10:44
Yunanıstanın şimal bölgələri və Krit adasında yanğınlar baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Yanğınsöndürmə Xidmətinin yaydığı məlumata əsasən, Saloniki şəhərinin Neohoruda-Oraiokastro, Kavala vilayətinin Elefterupoli və Krit adasının Melidohori bölgələrində kolluq ərazilərdə yanğınlar qeydə alınıb.
Bundan əlavə, Salonikinin Suroti bölgəsində yerləşən meşəlik ərazidə də yanğın baş verib.
Yanğınların söndürülməsi üçün hava və yerüstü qüvvələr cəlb olunub.
Mülki Müdafiə Baş Katibliyi vətəndaşlara müraciət edərək, aidiyyəti qurumların göstərişlərinə əməl etməyə və rəsmi xəbərdarlıqlara qarşı hazırlıqlı olmağa çağırıb.
Şəbnəm Mehdizadə