Venesuelada güclü zəlzələdən sonra 1 284 afterşok qeydə alınıb


  • 10:18

Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində ölənlərn sayı 4 829 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 16 740 nəfər təşkil edir.

Rodrigez bildirib ki, 24 iyunda baş vermiş zəlzələlərdən sonra bölgədə 1 284 afterşok (təkrar yeraltı təkan) qeydə alınıb.

Ölkədə sonuncu afterşok 10 iyulda, fəlakətdən ən çox zərər çəkmiş La Quaira əyalətinin Naiquata şəhərində baş verib və onun maqnitudası 3,9 olub.

Humay Eminqızı

Oxşar xəbərlər